
Press-relizlər / 19.09.2023 / 14:25
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Dini radikalizm və ekstremizmin təhlükələri“ mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə sektorunun əməkdaşları Fidan Nəsirli və Avtab Cəbrayılova, kollecin müəllim və tələbələri iştirak ediblər.
Daha bir tədbir Goranboy rayonunda baş tutub. “Gəncləri yad dini ideologiya və təsirlərdən qoruyaq” mövzusunda keçirilən tədbirə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları Elvin Həsənəliyev, Fətullah Əzizov, eləcə də dindarlar iştirak ediblər.
Hər iki tədbirdə dini radikalizm və ekstremizmin mahiyyətindən danışılıb. Radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilib.