Cəlilabadda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Xəbərlər / 19.09.2023 / 14:32

Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavidan Rəşidov, Həsən Hümbətov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimli, Heydər Əliyev Mərkəzin direktoru Ofeliya Qəhrəmanlı, din xadimləri və ziyalılar iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb, 44 günlük müharibə ərzində Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyulduğu söylənilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çəkilmiş “Oxu” filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

“Müstəqilliyimiz tarixi nemətimizdir” filmi Tərtərdə nümayiş olunub

Xəbərlər
13.12.2021 / 16:20
Ətraflı oxu

Şəmkirdə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Heydər Əliyev İli
07.02.2023 / 16:49
Ətraflı oxu

Yardımlıda “Heydər Əliyevin dövlət-din siyasəti: multikulturalizm və tolerantlıq ənənələri” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
16.08.2023 / 15:11
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.11.2018 / 11:25
Ətraflı oxu

Balakəndə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə olunub

Press-relizlər
14.07.2022 / 17:38
Ətraflı oxu

Din xadimlərinin iştirakı ilə dini durum müzakirə edilib

Press-relizlər
31.01.2022 / 10:40
Ətraflı oxu