
Press-relizlər / 18.09.2023 / 14:12
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayonunun Qarayeri qəsəbəsində “Gəncləri radikal dini cərəyanların təsirindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha bir maarifləndirmə tədbiri isə Qəbələ rayonunda keçirilib. “Dini radikalizm,ekstermizm, fanatizm və onların təhlükələri” mövzusunda baş tutan tədbirə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Şükür Ağakərimov və rayonun din xadimləri qatılıblar.
Çıxışlar zamanı mövzuların aktuallığı qeyd edilib, dini radikalizmin mahiyyəti, yaratdığı fəsadlar, o cümlədən gələcək təhlükəsi haqqında ətraflı məlumat verilib.
Hər iki tədbir müzakirələrlə yekunlaşıb.