Ramazan ayı ilə əlaqədar dini icmalar hər hansı ciddi problem yaşamayıb

Açıqlama / 18.07.2013 / 11:40

Məlum olduğu kimi Ramazan ayı ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xüsusi tədbirlər planı hazırlayıb. Tədbirlər planının tərkib hissəsi olaraq Ramazan ayı boyunca dini icmalar, o cümlədən vətəndaşlar üçün yarana biləcək hər hansı problemlə əlaqədar olaraq qaynar xətt (012 437 31 15) fəaliyyət göstərir.

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ötən müddət ərzində qaynar xəttə bir sıra müraciətlər daxil olub. Müraciətlər əsasən imsak və iftar, Ramazan ayının qədr gecələrinin vaxtları ilə bağlı olub.

Dövlət Komitəsi tərəfindən aparılan monitorinq nəticəsində məlum olub ki, bütün bölgələrdə Ramazan ayı milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd edilir. Dini icmalar və vətandaşlar tərəfindən təşkil edilən iftar mərasimlərində, Ramazan tədbirlərində hər hansı ciddi problem yaşanmayıb. Məscidlərdə gündəlik, o cümlədən cümə namazlarında axund və imamlar tərəfindən Ramazan ayı ilə əlaqədar xütbələr oxunur.

Eyni zamanda Dövlət Komitəsi tərəfindən bölgələrdə dini icmalar üçün iftar süfrələri təşkil edilir, şəhid ailələri, əlillər və məcburi köçkünlərə yardım aksiyaları keçirilir.

Aparılan monitorinq nəticəsində xırda problemlər də aşkarlanıb. Bu isə əsasən azanın müxtəlif vaxtlarda verilməsi ilə bağlı olub. Dövlət Komitəsi tərəfindən aparılan maarifləndirmə tədbirləri nəticəsində bu problemlər də aradan qaldırılıb.

Qeyd edək ki, Ramazan ayı ərzində Dövlət Komitəsinin rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimaiyyətlə və dini icmalarla görüşlərinin keçirilməsi, mövcud problemlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi və maarifləndirmə işi aparılması nəzərdə tutulur.

 
DQİDK-nın mətbuat xidməti
 

Son baxılan xəbərlər

Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir

Press-relizlər
03.04.2018 / 13:56
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 15:27
Ətraflı oxu

Ağcabədidə “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.05.2016 / 09:14
Ətraflı oxu

Salyanda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda onlayn seminar keçirilib

Xəbərlər
22.04.2021 / 12:39
Ətraflı oxu

Neftçalada zərərli vərdişlərlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
05.05.2017 / 15:44
Ətraflı oxu

Multikulturalizm xalqımızın həyat fəlsəfəsidir

Multikulturalizm
07.02.2017 / 16:50
Ətraflı oxu