Beyləqanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 26.05.2023 / 16:51

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2023-cü il üçün birgə fəaliyyət planına əsasən, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ayrı-seçkilik çağrışlarının qarşısının alınması, milli-mənəvi dəyərlərimizin təbliği" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Beyləqan rayon “N” saylı hərbi hissə komandirinin  ideoloji və mənəvi psixoloji  təminat  üzrə müavini Fərahim Baratoğlu, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri, vətən müharibəsi iştirakçısı Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin mövcud olduğu, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahələrində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Ölkəmizdə dini etiqad azadlığının tam təmin edildiyi, bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələrinin eyni hüquqlara malik olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.         


Son baxılan xəbərlər

Qubada soyqırımı qurbanları yad edilib

Xəbərlər
31.03.2021 / 11:43
Ətraflı oxu

Bölgələrdə “28 May-Müstəqillik Günü” münasibətilə tədbirlər keçirilib

Xəbərlər
26.05.2022 / 11:07
Ətraflı oxu

Şəki şəhərində "Multikulturalizm ənənələrinə sadiqlik" mövzusunda tədbir keçirilib

Multikulturalizm
11.04.2016 / 12:33
Ətraflı oxu

Saatlıda zərərli vərdişlər əleyhinə tədbir keçirilib

Press-relizlər
18.04.2018 / 14:46
Ətraflı oxu

Lerikdə “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
18.05.2017 / 17:46
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.05.2019 / 15:00
Ətraflı oxu