
Press-relizlər / 26.05.2023 / 15:49
Mayın 26-da Ucar rayonunun Şahlıq kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayonu Polis Şöbəsinin (RPŞ) birgə təşkliatçılığı ilə “Gənclərin dini radikalizm, narkomaniya və digər zərərli vərdişlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin rəis müavini Qoşqar Kazımov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda gənclərin dini radikalizm, narkomaniya, digər zərərli vərdişlərdən qorunmasının, eləcə də onların milli ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmalarının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.