Göyçayda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda ikigünlük regional seminar-treninq keçirilib

Press-relizlər / 26.05.2023 / 15:24

25-26 may tarixlərində Göyçay şəhərində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi  “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda ikigünlük regional seminar-treninq keçirilib.

Tədbirdə Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında yerləşən məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, Həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.

Öncə Azərbaycanın dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova “Ümumtəhsil müəssisələrində dini maarifləndirmə işinin təşkili” adlı təqdimatla çıxıb edib. Şöbə müdiri yeniyetmə və gənclərin dini fanatizm, məzhəbçilik təsirlərinə məruz qalmaması üçün milli-mənəvi dəyərlərimizə sadiq sağlam ruhda formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan cəmiyyətinə yad olan dini cərəyanlar, xüsusilə məzhəbçi və radikal qrupların əsas hədəf kimi yeniyetmə və gəncləri seçdiyindən dövlətçilik və milli maraqlarımız baxımından potensial təhlükələrin mövcudluğu və bu istiqamətdə aparılan maarifləndirmənin səmərəliliyini nəzərə çatdırıb, bu sahədə görülən işlərin effektivliyinin artırılması, beləliklə də dini mühitdəki məzhəbçi meyillərin zərərsizləşdirilməsi məqsədilə təhsil işçilərinin rolundan danışıb. E.Kərimova, eyni zamanda gənclərin qeyri-ənənəvi cərəyanların, zərərli ideologiyaların təsiri altına düşməməsi üçün məktəblərdə geniş təbliğat işlərinin aparılması, pedaqoji heyətin bu sahədə fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrində yeniyetmə və gənclərin milli-mənəvi sadiqlik ruhunda yetişməsinin vacibliyinə toxunub.

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova “Gənc nəslin radikalizmin təsirlərindən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, qlobal dünyada radikalizm bəşəriyyəti təhdid edən ən mühüm risk faktorlarından biridir. Hər il minlərlə insan ekstremist qruplar tərəfindən törədilən terror cinayətlərində həlak olur. Aparılan tədqiqatlar göstərir ki, radikal qruplar müxtəlif yaşlardan insanları özünə cəlb etsə də qurbanları arasında gənclər say çoxluğunu təşkil edir. Bu aspektdən yanaşıldığı zaman xüsusilə gənc nəsillər arasında radikalizmin fəsadlarına dair mütəmadi şəkildə maarifləndirici tədbirlərin keçirilməsi aktuallığını qoruyur. E.Əzizova vurğulayıb ki, fərdin bəşəri dəyərlərlə yanaşı, müəyyən milli-mənəvi dəyərləri mənimsəyərək vətəndaşa çevrilmə prosesində ailə və cəmiyyətin roluna paralel olaraq orta məktəb təhsilinin müstəsna rolu var. Buna görə də gənc nəslin radikalizmin təsirlərindən qorunması üçün vacib olan milli-mənəvi dəyərlərin formalaşdırılmasında ümumtəhsil məktəbləri xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova,  Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayonu üzrə Təhsil sektorunun müdiri Rauf Məmmədov, adıçəkilən İdarənin inzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Rüstəm Aslanov çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Eyni zamanda seminar-treninqdə həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərinin tədris proqramlarındakı milli-mənəvi dəyərlərimiz, həmçinin dinlər, xüsusilə İslamla bağlı mövzuların şagirdlərə düzgün izah edilməsi, bu mövzularda mümkün sualların cavablandırılması istiqamətində tövsiyələr müəllimlərin diqqətinə çatdırılıb. Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün onlarla işin qurulması istiqamətləri, xüsusilə yuxarı sinif şagirdləri arasında bu dəyərlərin təbliğ olunması metodları, dinə aid mövzuların şagirdlərə çatdırılması üsulları və bu kimi digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. 

Həmçinin DQİDK-nın sifarişi ilə çəkilmiş “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş olunub.

 


Son baxılan xəbərlər

Könüllülük: tarixçəsi və strategiyası

Xəbərlər
13.01.2020 / 15:32
Ətraflı oxu

Tovuzda keçirilən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans başa çatıb

Xəbərlər
08.09.2023 / 15:12
Ətraflı oxu

Şəkidə din xadimi olmaq istəyən namizədlərlə görüş keçirilib

Press-relizlər
01.11.2022 / 16:49
Ətraflı oxu

Ucarda "Heydər Əliyev mübarizlik və vətənpərvərlik nümunəsidir" mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
25.05.2023 / 14:48
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Gələcəkdə belə hallara yol verilməyəcək"

Açıqlama
18.05.2015 / 18:01
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.03.2019 / 16:33
Ətraflı oxu