
Press-relizlər / 26.05.2023 / 13:59
Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daşkəsən şəhəri 1 saylı tam ora məktəbində “Dini radikalizmlə bağlı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Şahmar Verdiyev, RİH-nin nümayəndəsi Qəhrəman Hüseynov, məktəbin direktoru Sevil Ələsgərova, müəllim və şagirdlərin iştirakı ilə keçirilib.
Çıxışlar zamanı radikal dini cərəyanlar haqqında ətraflı məlumat verilib. Ölkəmizdə dini ekstremizmə qarşı mübarizə tədbirlərindən bəhs olunub. Eyni zamanda bu istiqamətdə təhsilin rolu xüsusi qeyd edilib.