
Press-relizlər / 26.05.2023 / 17:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və digər aidiyyatı qurumların birgə təşkilatçılığı ilə regionlarda müxtəlif mövzulara dair maarifləndirmə tədbirləri keçirilməkdədir.
“İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda rayonlarda baş tutan tədbirlərdə mövzunun əhəmiyyətindən danışılıb. Respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən bəhs olunub.
Qeyd edək ki, Balakən rayonunda baş tutan tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin məsul əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri, Qazax rayonunda keçirilən tədbirə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Rüstəmov, rayon Gənclər və İdman idarəsinin rəis əvəzi Sahib Namazov və gənclər, Saatlı rayonunda keçirilən tədbirə isə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mehriban Ağayeva, həmçinin gənclər qatılıblar.
*** *** ***
Daha bir maarifləndirmə tədbiri isə narkomaniya ilə mübarizəyə həsr olunub. Zərdab rayonunda “Narkomaniyanın fiziki, mənəvi, sosial fəsadları” mövzuzunda keçirən tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşları, peşə liseyinin tələbələri iştirak ediblər.
Masallı rayonunda “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda baş tutan tədbirə isə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, RPŞ-nin inspektoru Samid Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşı Eldar Kazımov, eləcə də ictimaiyyət nümayəndələri qatlıblar.
Bu mövzuda daha bir tədbir Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri - Ülkər Bayramlı, Rahib Bağırov, rayon Gənclər Evinin direktoru Seyfəddin Maqsudov, RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi Emin Nağıyev, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə Füzuli rayonunda keçirilib.