Ağstafada dini fanatizm və radikalizm mövzusu müzakirə olunub

Press-relizlər / 25.05.2023 / 16:26

Mayın 25-də Ağstafa rayon Göycəli kənd N.Həmzəyev adına tam orta məktəbində "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsa Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini fanatizm, radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Həmçinin yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Gənclərimizin zəngin milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətinə də toxunulub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Samuxda "Narkomaniya, erkən nikah, dini radikalizmə qarşı mübarizə" mövzusu müzakirə edilib

Xəbərlər
10.06.2022 / 16:08
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimizin gənclərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.04.2018 / 17:28
Ətraflı oxu

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilir

Press-relizlər
19.01.2023 / 14:17
Ətraflı oxu

Dini təhsil şöbəsinin müdiri: “Hər hansı dini kollecin nəzdində yaradılmış kursu bitirən şəxs Dövlət ...

Müsahibələr
20.02.2023 / 15:48
Ətraflı oxu

Qubada “İslam dinində zərərli vərdişlərə münasibət” adlı tədbir keçirilib

Press-relizlər
15.04.2022 / 16:30
Ətraflı oxu

İmişlidə “Vətənpərvərlik Vətənə xidmətin ən ali zirvəsidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.05.2018 / 17:39
Ətraflı oxu