
Heydər Əliyev İli / 25.05.2023 / 14:48
Mayın 26-da Ucar şəhər 2 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev mübarizlik və vətənpərvərlik nümunəsidir" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, rayon Veteranlar Şurasının üzvü Hakim Nəcəfov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xalqa həsr olunmuş şərəfli ömür yoluna nəzər salınıb. Vurğulanıb ki, Ümummilli Liderin həyat və fəaliyyəti mübarizlik və vətənpərvərlik nümunəsidir.