Malayziyada səfərdə olan nümayəndə heyəti rəsmi görüşlərdə iştirak edib

Xəbərlər / 25.05.2023 / 14:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri davam edir. Nümayəndə heyəti 22-26 may 2023-cü il tarixlərində rəsmi səfər çərçivəsində Azərbaycanın Malayziyadakı Səfirliyini və Malayziya Milli Universitetini (The National University of Malaysia, Malay: Universiti Kebangsaan Malaysia) ziyarət edib.

Malayziya Milli Universitetinin prorektoru, professor Van Kamal Bin Mujani təmsilçisi olduğu qurum haqqında məlumat verib. Həmçinin iki ali təhsil müəssisəsi arasında nəzərdə tutulan layihələr barədə söhbət açıb.

Görüşdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov Azərbaycanda mövcud olan dini durum haqqında məlumat verib. Sədr müavini ölkəmizdə tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin mövcud olmadığını nəzərə çatdırıb. Dövlət-din münasibətlərindən bəhs edən G.İsmayılov Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinə diqqət çəkib.

Aİİ rektoru, dosent Aqil Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. İlahiyyat İnstitutunda hər üç təhsil pilləsi üzrə qəbulun həyata keçirildiyini qeyd edən rektor bildirib ki, ali təhsil müəssisəsinə qəbul tamamilə ödənişsizdir.

Müəssisənin akademik heyəti barədə məlumat verən A.Şirinov vurğulayıb ki, Aİİ-də tədris aparan müəllimlər ərəb və ingilis dillərində sərbəst mühazirələr deyə bilən peşəkar kadrlardır.

Görüşdə, həmçinin ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən işgüzar səfərdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov, Aİİ rektoru, dosent Aqil Şirinov, ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov və İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov iştirak edirlər.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur”

Xəbərlər
15.10.2020 / 10:27
Ətraflı oxu

Dövlət qeydiyyatına alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib

Press-relizlər
07.03.2017 / 13:52
Ətraflı oxu

Apellyasiya komissiyasına müraciət etmək istəyənlərin nəzərinə!

Xəbərlər
21.09.2023 / 17:51
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.11.2018 / 11:25
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.07.2019 / 15:30
Ətraflı oxu

Yas mərasimi: necə olmalıdır, necə keçirilir?

Xəbərlər
11.03.2016 / 09:21
Ətraflı oxu