
Press-relizlər / 26.05.2023 / 09:34
28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq bölgələrdə silsilə tədbirlər keçirilir.
Saatlı rayonunda baş tutan tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, "Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbin müəllimləri və şagirdləri qatılıblar. Zaqatala rayonunun Göyəm kənd tam orta məktəbində keçirilən tədbirdə isə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, müəllim və şagirdlər iştirak ediblər. Kürdəmirdə keçirilən tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Durriyə Seyidova, gənclər, din xadimləri və dini icma sədrləri, Siyəzəndə baş tutan tədbirə isə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon üzrə Təhsil Sektorunun əməkdaşı İlhamə Sultanova, şəhər Ş.İsmayılov adına 3 saylı tam orta məktəbin müəllimləri, şagirdlər, şəhid ailələri, eləcə də qazilər qatılıblar. Bərdə rayonunda da 28 May - Müstəqillik Günü ilə bağlı tədbir baş tutub. Qeyd olunan tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Bərdə rayon Peşə Liseyinin müəllim və şagirdləri, eləcə də gənclər iştirak ediblər. DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Seyran Dəmirov, müəllim və şagirdlərin iştirakı ilə Ağsu şəhər 4 saylı tam orta məktəbində Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Müstəqillik gününə həsr olunmuş növbəti tədbir isə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şəki İslam Kollecində baş tutub. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki İslam Kollecinin müəllim və tələbələri iştirak ediblər. Bu istiqamətdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Qıpçaq kənd tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə Qax rayonunda, komitənin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Mədəniyyət Mərkəzinin müdiri Elyurə Məmmədova, rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə Zərdab rayonunda tədbirlər keçirilib.
Balakən rayonunda baş tutan tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Balakən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev, müəllimləri və yuxarı sinif şagirdləri, Gəncə şəhərində keçirilən tədbirə isə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və ziyalılar qatılıblar.
Çıxışlarda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi imzalanmaqla Azərbaycanın müstəqilliyinin dünyaya bəyan olunduğu qeyd olunub, bu hadisənin Azərbaycan dövlətçiliyi tarixində şanlı səhifə olduğu vurğulanıb. Natiqlər ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, bununla belə, müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşdiyini qeyd edib. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində Azərbaycanın dayanıqlı inkişafının təmin olunduğu vurğulanıb.