
Heydər Əliyev İli / 24.05.2023 / 14:28
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və daxili qoşunların Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycançılıq ideologiyası milli birliyimizin əsası kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini Elxan Babayev və şəxsi heyət iştirak edib.
Çıxışlarda müstəqil dövlətimizin banisi, dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı bəhs olunub. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynayıb.
Tədbirdə Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş “Heydər Əliyev-100 il” sənədli film nümayiş olunub.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.