
Press-relizlər / 24.05.2023 / 14:08
Mayın 24-də Ucar rayonunun Qulabənd kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayonu Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib .
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin əməkdaşı Xəqani Vahidov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin mahiyyəti baradə məlumat verilib. Ölkəmizdə dini ekstremizmə qarşı mübarizə tədbirlərindən bəhs olunub. Eyni zamanda bu istiqamətdə təhsilin rolu xüsusi qeyd edilib.
***
"Dini radikalizm və onun təzahür formaları" mövzusunda daha bir tədbir Ucar rayonu Alpı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayonu Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə keçirilib .
DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, aidiyyəti qurumların nümayəndələri, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə mövzunun aktuallığı qeyd edilib, həmçinin radikalizmə meyilli şəxslərin fəaliyyət istiqamətləri, metodları, eləcə də dini ekstremizmə qarşı keçirilən maarifləndirmə və koordinasiya işinin təşkili üzrə kompleks tədbirlər barədə iştirakçılara məlumat verilib.