DQİDK sədri ABŞ-nin Yuta ştatından gələn nümayəndə heyəti ilə görüşüb

Press-relizlər / 24.05.2023 / 12:51

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı mayın 24-də ABŞ-nin Yuta ştatından gələn Sonuncu Gün Müqəddəslərinin İsa Məsih Kilsəsinin rəhbəri Devid Bednarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətləri, tolerant dəyərlərin inkişafına verilən önəm, o cümlədən Komitənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Bildirib ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Bu sahədə qanunvericiliyimizin əsasını ölkə Konstitusiyası və "Dini etiqad azadlığı haqqında" Qanun təşkil edir. M. Qurbanlı, eyni zamanda  ölkəmizdə 37-si qeyri-islam təmayüllü olmaqla 995 dini qurumun dövlət qeydiyyatından keçdiyini, ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə  mütəmadi olaraq maliyyə yardımının ayrıldığını nəzərə çatdırıb. Formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər sayəsində respublikamızda 16 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Devid Bednar Azərbaycanın multikultural dəyərlərə verdiyi önəmdən söz açıb.  Ölkəmizin nümunəvi dinlərarası dialoq, birgəyaşayış modeli sərgilədiyini qeyd edən qonaq respublikada qeyri-islam təmayüllü dini icmaların bərabərhüquqlu fəaliyyət göstərməsi üçün bütün lazımi şəraitin yaradılmasının əhəmiyyətini xüsusilə vurğulayıb. İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsinin Yetmişlər qərargahının baş direktoru Elder Erik Kopişke isə Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və qardaşlıq mühitini müsbət hal kimi dəyərləndirib. Sonda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.

 


Son baxılan xəbərlər

Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.08.2019 / 15:57
Ətraflı oxu

İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bunu qorumalıyıq

Müsahibələr
16.04.2016 / 13:13
Ətraflı oxu

Anım Günündə şəhidlərimizin xatirəsi yad edilib

Xəbərlər
27.09.2022 / 15:01
Ətraflı oxu

Qubada dini radikalizm və ekstremizm mövzusu müzakirə olunub

Press-relizlər
19.10.2022 / 15:50
Ətraflı oxu

Tərtərdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.05.2022 / 10:27
Ətraflı oxu

Dövlət Komitəsi apellyasiya müraciətlərinin nəticələrini açıqlayıb

Xəbərlər
16.03.2023 / 18:04
Ətraflı oxu