Qeyri-islam dini icmaların nümayəndələri Xudavəng monastırını ziyarət ediblər

Xəbərlər / 23.05.2023 / 17:13

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi dini icmasının və qeyri-islam dini icmaların nümayəndələri Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.

İcma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.

Qeyd edək ki, Kəlbəcərin Vəng kəndindəki Xudavəng bölgənin ən böyük alban məbədi və əhəmiyyətli memarlıq abidəsidir. Məbədin əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib.


Son baxılan xəbərlər

Nardaranda dindarlarla görüş keçirilib

Press-relizlər
13.01.2016 / 17:15
Ətraflı oxu

Multikulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi

Multikulturalizm
27.02.2016 / 10:23
Ətraflı oxu

Amerikalı jurnalist:"Azərbaycana gələn hər kəs insanlar arasında harmoniyanın mümkünlüyünə əmin olur"

Xəbərlər
22.06.2017 / 11:40
Ətraflı oxu

Azərbaycandakı xristian dini icmalarının nümayəndələri Pasxa bayramını qeyd ediblər

Press-relizlər
25.04.2022 / 09:30
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir təşkil olunub

Press-relizlər
31.10.2017 / 16:50
Ətraflı oxu

Ağdaşda "Narkomaniyaya yox deyək” mövzusunda videokonfrans formatında tədbir keçirilib

Xəbərlər
17.06.2021 / 12:14
Ətraflı oxu