Yevlaxda "Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirilib

Xəbərlər / 18.05.2023 / 17:23

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Yevlax şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı, DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Yevlax şəhər Gənclər və İdman İdarəsi, Yevlax şəhər Gənclər Evi sosial xidmət müəssisəsi, rayonun fəal gəncləri və  ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirilib.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs edilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğu vurğulanaraq qeyd edilib ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin  şahidi oluruq. Ulu Öndər Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirib. Həmçinin natiqlər  öz çıxışlarında  müasir Azərbaycan dövlətinin məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi olduğunu bildiriblər.   Ümummilli lider  Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə etdiyi diqqətə çatdırılıb.

 


Son baxılan xəbərlər

ABŞ Konqresində Azərbaycandakı dövlət-din münasibətlərinə yüksək qiymət verilib (Foto)

Xəbərlər
07.02.2014 / 10:23
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə onlayn formatda videokonfrans keçirilib

Xəbərlər
08.05.2021 / 17:29
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib

Xəbərlər
08.06.2023 / 14:56
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Press-relizlər
17.05.2018 / 14:53
Ətraflı oxu

“Nizami Gəncəvinin dini-fəlsəfi görüşlərində ümumbəşəri ideyalar” mövzusunda onlayn konfrans keçirilib

Xəbərlər
26.05.2021 / 15:31
Ətraflı oxu

“Vətən sevgisi imandandır” adlı silsilə tədbirlər davam edir

Press-relizlər
08.02.2018 / 16:07
Ətraflı oxu