Xaçmazda maarifləndirici seminar təşkil edilib

Xəbərlər / 04.05.2023 / 17:28

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) və Xaçmaz rayonu Qaraqurdlu kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov, Xaçmaz RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev,  Xaçmaz rayonu Qaraqurdlu kənd məscidi dini icmasının sədri Mübariz Abdullayev, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı məzhəbçilik və dini təəssübkeşliyin təhlükələrindın bəhs olunub. Qeyd edilib ki, bu istiqamətdə mübarizə tədbirləri,  o cümlədən tolerantlığın qorunması və təbliği məqsədilə həm DQİDK tərəfindən, həm də müvafiq qurumlarla birgə ardıcıl iş aparılır, tədbirlər təşkil olunur, maarifləndirici dini ədəbiyyatlar nəşr edilərək gənclərə paylanılır.  O da qeyd olunub ki, tolerant cəmiyyətin qorunması sülhün təminatıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikirləri dinlənilib.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
14.03.2019 / 16:39
Ətraflı oxu

Prezident İlham Əliyev: "Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb"

Xəbərlər
17.03.2023 / 11:17
Ətraflı oxu

Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə yardımı ayırdı

Press-relizlər
15.03.2016 / 16:27
Ətraflı oxu

Yevlaxda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
26.02.2021 / 12:03
Ətraflı oxu

Şəkidə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Xəbərlər
06.12.2021 / 18:09
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub

Xəbərlər
04.08.2021 / 12:28
Ətraflı oxu