
Press-relizlər / 07.04.2023 / 11:01
Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, məktəb rəhbərliyi və şagirdlərinin iştirakı ilə keçirilib.
Çıxışlarda dini radikalizmin fəsadları barədə fikirlər səsləndirilib, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin məktəblilərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.