
Press-relizlər / 29.03.2023 / 16:47
Martın 29-da Qusar rayonunda yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, şöbənin əməkdaşı Mehman Məmmədov, hərbi hissə komandirinin müavini Osmanbəy Rəcəbov, Qərargah rəisi Yusif Nağıyev, eləcə də şəxsi heyət iştirak edib.
Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.
Sonda DQİDK tərəfindən hazırlanan “Vətən naminə” sənədli filmi təqdim edilib.