Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Press-relizlər / 29.03.2023 / 15:22

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Ağcabədi, Ağdam, Tərtər, Füzuli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Ağcabədi şəhərindəki abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, dini qurumların dövlət qeydiyyatına alınması, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.


Son baxılan xəbərlər

Neftçalada "Şəhadət" filmi nümayiş olunub

Press-relizlər
31.10.2017 / 16:54
Ətraflı oxu

Samuxda “Heydər Əliyev və insan hüquqları” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
19.04.2023 / 14:32
Ətraflı oxu

İsveçdə keçirilən görüşlərdə Azərbaycandakı multikultural və tolerant mühitdən danışılıb

Press-relizlər
14.04.2016 / 18:05
Ətraflı oxu

27 Sentyabr - Anım Günü ilə əlaqədar bölgələrdə silsilə tədbirlər keçirilib

Press-relizlər
27.09.2022 / 15:32
Ətraflı oxu

Bruney universitetləri ilə əməkdaşlıq əlaqələri yaradılır

Press-relizlər
30.05.2023 / 17:25
Ətraflı oxu

Qarabağ bögəsində "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn tədbirlər keçirilib

Press-relizlər
27.05.2021 / 11:46
Ətraflı oxu