Press-relizlər / 28.03.2023 / 16:22
Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbində “Gənclərin zərərli dini cərəyanlardan və radikalizmdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Dəliməmmədli şəhəri “Cümə” məscidinin imamı Dəyanət Axundov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı zərərli dini cərəyanların gənclərə təsirinin fəsadları, eyni zamanda milli-mənəvi dəyərlərimizin radikalizmə qarşı mübarizədə böyük önəm daşıdığı vurğulanıb. Dini radikalizm və digər zərərli vərdişlərə qarşı mübarizədə ailənin, məktəbin, həm də bütün cəmiyyətin birlikdə mübarizə aparmasının vacibliyi qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.