Goranboyda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 28.03.2023 / 16:22

Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbində “Gənclərin zərərli dini cərəyanlardan və radikalizmdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Dəliməmmədli şəhəri “Cümə” məscidinin imamı Dəyanət Axundov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı zərərli dini cərəyanların gənclərə təsirinin fəsadları, eyni zamanda milli-mənəvi dəyərlərimizin radikalizmə qarşı mübarizədə böyük önəm daşıdığı vurğulanıb. Dini radikalizm və digər zərərli vərdişlərə qarşı mübarizədə ailənin, məktəbin, həm də bütün cəmiyyətin birlikdə mübarizə aparmasının vacibliyi qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

DQİDK sədri İordaniya Haşimilər Krallığının səfiri ilə görüşüb

Press-relizlər
09.12.2020 / 15:51
Ətraflı oxu

Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına rəsmi səfəri bu ölkənin KİV-lərində işıqlandırılıb

Press-relizlər
06.06.2023 / 14:36
Ətraflı oxu

Vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə başa çatıb

Xəbərlər
20.09.2023 / 16:24
Ətraflı oxu

Xaçmazda narkomaniya əleyhinə tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 11:49
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib

Press-relizlər
20.05.2019 / 12:30
Ətraflı oxu

Qeyri-müsəlman dini icmaların nümayəndələri Şəmkirə səfər ediblər

Xəbərlər
23.05.2023 / 11:02
Ətraflı oxu