Dövlət Komitəsinin sədri Misir baş müftisinin baş müşaviri ilə görüşüb

Press-relizlər / 17.03.2023 / 17:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı martın 17-də Misir baş müftisinin baş müşaviri, Ümumdünya Fətva Evlərinin baş katibi İbrahim Nəcimlə görüşüb.

Görüş zamanı iki ölkə arasındakı dostluq münasibətlərinə toxunan Dövlət Komitəsinin sədri Azərbaycan və Misir arasında dini sahədə, eləcə də Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin ilahiyyat üzrə fəaliyyət göstərən təhsil ocaqlarının birgə əməkdaşlığının daha da genişləndirilməsinin sözügedən istiqamətə töhfə verəcəyinə əminliyini ifadə edib. Qonağa ölkənin dövlət-din münasibətləri, nümunəvi tolerantlıq mühiti, habelə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumat verən M.Qurbanlı bildirib ki, dövlət müstəqilliyinin bərpasından sonra milli dövlətimizin qurucusu Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızda bu modelin tərkib hissəsi kimi Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar respublika  olması öz əksini tapıb. Dünyəvi dövlət olmasına baxmayaraq, ölkəmizdə dinə dövlət qayğısı yüksək səviyyədədir. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, dini ibadətgahların inşasına və bərpasına xüsusi önəm verir.

Bakının ev sahibliyi etdiyi “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər etdiyini bildirən Misir baş müftisinin baş müşaviri dini sahədə aktual məsələlərlə bağlı tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edərək bunun ənənə halını almasını arzuladığını deyib. Qonaq, həmçinin Azərbaycanın sivilizasiyalararası dialoqun, multikulturalizmin və digər humanitar sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrildiyini xüsusilə vurğulayıb. Ölkəmizin dinlərarası dialoq, İslam həmrəyliyi, eyni zamanda islamofobiya ilə mübarizəyə verdiyi önəmi təqdirəlayiq hal kimi qiymətləndirib,  Misirdə keçirilməsi ənənə halını alan dini sahəyə həsr olunan beynəlxalq konfransda Azərbaycanın da təmsil olunmasını təklif edib. 

Qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa DQİDK-nın xarici dillərdə nəşr etdirdiyi “Azərbaycanın seçilmiş İslam abidələri” adlı kitab təqdim edilib.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olunmuşdur

Press-relizlər
02.05.2014 / 16:09
Ətraflı oxu

“Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” adlı onlayn tədbir keçirilib

Press-relizlər
27.07.2021 / 17:50
Ətraflı oxu

“Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda dəyirmi masa keçirilmişdir

Xəbərlər
30.09.2014 / 11:50
Ətraflı oxu

Prezident İlham Əliyev sərəncam imzalayıb

Xəbərlər
11.04.2013 / 19:44
Ətraflı oxu

"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 16:03
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.04.2022 / 17:55
Ətraflı oxu