
Press-relizlər / 17.03.2023 / 14:57
Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi qeyd edilib. Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət edilməsi, dini ayin və mərasimlərin məscidlərdə keçirilməsinin vacibliyi barədə söhbət aparılıb. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməziyi diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.