Göygöldə “Yeniyetmə və gəncləri dini radikal təsirlərdən qoruyaq” mövzusu müzakirə olunub

Press-relizlər / 17.03.2023 / 10:58

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayon Oqtay Cabbarov adına Firuzabad qəsəbə tam orta məktəbində “Yeniyetmə və gəncləri dini radikal təsirlərdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbir Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov,  müəllim və şagirdlərin iştirakı ilə keçirilib.

Çıxışlar zamanı dini radikalizm, xurafatla mübarizədə təhsilin önəmindən danışılıb. Yeniyetmə və gənclərin yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

 


Son baxılan xəbərlər

Bölgələrdə qarşıdan gələn Məhərrəm ayı ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
27.07.2022 / 15:18
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.04.2022 / 10:16
Ətraflı oxu

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Press-relizlər
29.03.2021 / 11:24
Ətraflı oxu

31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Press-relizlər
30.03.2021 / 14:29
Ətraflı oxu

Göyçayda “Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib

Press-relizlər
13.06.2022 / 11:26
Ətraflı oxu

Bakıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.04.2019 / 16:06
Ətraflı oxu