
Xəbərlər / 16.03.2023 / 18:04
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün cari ilin 13-24 fevral tarixlərində keçirilən müsahibənin nəticələri ilə bağlı 14 nəfər Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib.
15-16 mart tarixlərində Komissiyanın keçirdiyi iclasda 2 nəfərin iddiası təmin edilib, 9 nəfərin müsahibə nəticələri Müsahibə Komissiyasının qərarı tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb.
Qeyd edək ki, müraciət edən 3 nəfər iclasda iştirak etməyib.