Dövlət Komitəsi din xadimləri və dini icmalar arasında yazı müsabiqəsi elan edir

Xəbərlər / 13.03.2023 / 16:28

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev siyasəti: Azərbaycanın dövlət-din modeli” mövzusunda din xadimləri və dini icmaların üzvləri arasında yazı müsabiqəsi elan edir.

Müsabiqəyə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, tolerantlıq mühitinin dövlət-din konsepsiyasına uyğun möhkəmləndirilməsi, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən strategiyanın əhəmiyyətindən bəhs edən məqalələr göndərilə bilər. Həmçinin Azərbaycan xalqının spesifik keyfiyyəti kimi tolerantlığa, onun möhkəmləndirilməsində, beynəlxalq miqyasda təbliğ edilməsində və dünyada nümunə kimi qəbul olunmasında Heydər Əliyevin xidmətlərinə və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətə həsr olunmuş məqalələr qəbul olunur.

 

1.Müsabiqənin şərtləri

- müsabiqəyə hər müəllif yalnız bir yazı təqdim edə bilər;

- yazı mövzuya uyğun olmalıdır;

- yazıya uyğun olaraq yaradıcı başlıq müəyyənləşdirilməlidir;

- yazının həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);

- müsabiqə üçün verilmiş yazı qəzetdə çap edilərsə, qəzetin həmin sayının 1 nüsxəsi Dövlət Komitəsinə təqdim olunmalıdır;

- yazı elektron media resursunda yayımlanarsa, link yazıya əlavə edilərək, redaksiya@scwra.gov.az  e-mail ünvanına göndərilməlidir;

 - yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı yazıya əlavə edilməlidir.

2.    Mükafat

I (1 nəfər) yer – 500 AZN

II (1 nəfər) yer – 400 AZN

III yer (1 nəfər) – 300 AZN

Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat.

 

3. Müsabiqənin müddəti: Məqalələr 2023-cü il 10 aprelədək təqdim edilməlidir.

 

Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 16

Əlaqə telefonları: (012) 505 78 16 / (012) 505 78 19

E-mail: redaksiya@scwra.gov.az 

 

 

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də ...

Açıqlama
07.07.2015 / 18:28
Ətraflı oxu

Biləsuvarda “Tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusu müzakirə olunub

Press-relizlər
23.09.2022 / 15:18
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
30.03.2018 / 10:16
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul edib

Xəbərlər
19.09.2023 / 14:45
Ətraflı oxu

Apellyasiya komissiyasına müraciət etmək istəyənlərin nəzərinə!

Xəbərlər
21.09.2023 / 17:51
Ətraflı oxu

Samuxda və Qəbələdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
18.09.2023 / 14:12
Ətraflı oxu