
Press-relizlər / 10.03.2023 / 16:30
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Samux Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Lək kənd tam orta məktəbində "Məişət zorakılığına qarşı mübarizə" mövzusunda baş tutan tədbirə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, rayon Veteranlar Şurasının sədri Məmməd Nəsibov, eləcə də məktəbin müəllim və şagirdləri qatılıblar.
Ucar rayonu Sehran Salmanov adına Bağban kənd tam orta məktəbində də maarifləndirmə tədbiri keçirilib. "Narkomaniya və dini radikalizmin təhlükəsi" mövzusunda keçirilən tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar RPŞ-nin rəis müavini Elnur Məmmədov, Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Gədəbəy şəhər 1 saylı tam orta məktəbində DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsi, Gədəbəy RİH-in təşkilatçılığı ilə “Qızların təhsil almasının önəmi” mövzusunda tədbir baş tutub. Qeyd olunan tədbirə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Cavid Səfərov, Gədəbəy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qədir Bağırov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Röyal İsmayılov, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Şahzadə Qəhrəmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Kəramət Əsədov, müəllimlər və gənclər qatılıblar.
Çıxışlarda maarifləndirmənin və təhsilin ömənmindən bəhs olunub. Dini radikalizmə və zəzərli vərdişlərə qarşı mübarizə tədbirlərindən danışılıb.
Mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.