
Press-relizlər / 09.03.2023 / 16:52
Martın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zəyəm kənd tam orta məktəbində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Xamis İsmayılov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb, dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən bəhs olunub, bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, DQİDK-nın sifarişi ilə çəkilmiş “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş edilib, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.