Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 03.03.2023 / 13:26

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (İH) və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə“ mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri  İlqar Vəliyev, Rayon İH-nin nümayəndəsi Vaqif Abdullayev, müəllim və tələbələr iştirak ediblər.

Daha bir maarifləndirmə tədbiri Ucar şəhər 3 saylı tam orta məktəbində baş tutub. DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayon İH, Rayon Polis Şöbəsi, eləcə də Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları" mövzusunda  keçirilən tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, həmçinin təşkilatçı qurumların nümayəndələri və məktəblilər qatılıblar.

Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İH və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Qaraağac kənd tam orta məktəbində “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, təşkilatçı qurumların əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzuların aktuallığından bəhs olunub, maarifləndirmə işinin əhəmiyyəti yüksək qiymətləndirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

***

 

Martın 3-ü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Samux Rayon İcra Hakimiyyəti (RİH) və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə "Yeniyetmələrin zərərli vərdişlərdən qorunması" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, RİH başçısının müavini Kəmalə Xəlilova, Polis Şöbəsinin rəis müavini Emin Qurbanlı, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən və erkən nikahlardan qorunması istiqamətində dövlətin həyata keçirdiyi işlər diqqətə çatdırılıb.

 

***

 

Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) və Beyləqan rayonu Peşə məktəbinin birgə təşkilatıçlığı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu,   Beyləqan rayon Peşə məktəbinin psixoloqu Sənani Umudov, Beyləqan RİH başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Sona Mirzəyeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər. 

Çıxışlar zamanı qeyd edilib ki, məişət zorakılığı halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Həmçinin ailədaxili ünsiyyət və münasibətlərin əhəmiyyəti, tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunma yolları və s. barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, onların fikirləri dinlənilib.


Son baxılan xəbərlər

Neftçalada “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir ...

Press-relizlər
20.05.2016 / 12:40
Ətraflı oxu

Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr ...

Press-relizlər
04.12.2023 / 10:59
Ətraflı oxu

Dövlət-din münasibətləri və milli mənəvi dəyərlərimizin təbliği

Press-relizlər
16.12.2014 / 16:31
Ətraflı oxu

“Peşə marağı milli təhlükəsizlik marağından önə keçməməlidir”

Açıqlama
28.12.2017 / 16:27
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
27.05.2019 / 14:58
Ətraflı oxu

Dövlət Komitəsi daha 12 dini icmaya maliyyə yardımı ayırdı

Press-relizlər
13.02.2017 / 17:27
Ətraflı oxu