Lənkəranda "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 16.12.2015 / 16:05

Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəranda "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, ziyalılar, Lənkəran, Lerik və Astara rayonundan olan din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Komitə sədrinin müavini Gündüz İsmayılov çıxış edərək, dini radikalizmi doğuran səbəblər, dövlət və cəmiyyət, eləcə də milli-mənəvi dəyərlər üçün təhlükəli sayılan belə tendensiyaların qarşısının alınmasında dövlət və dindarların arasında birliyin mövcud olduğunu vurğulayıb.
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov rayonda dini radikalizmlə mübarizədə mövcud həmrəylikdən danışıb, rayon ictimaiyyəti tərəfindən belə radikal addımların pisləndiyini və dövlətin radikallara qarşı tədbirlərinin birmənalı şəkildə dəstəkləndiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov rayonda dini vəziyyət barədə ətraflı məlumat verib, radikalizmlə mübarizədə görülən tədbirlərdən danışıb. O, qeyd edib ki, din adı ilə təqdim edilən radikal baxışlı ideoloji təlimlərin əsas məqsədlərindən biri cəmiyyət daxilində mövcud olan möhkəm həmrəyliyə pozucu təsir göstərməkdir.
Daha sonra çıxış edən QMİ-nin bölgə qazısı Qəni Axundzadə dini radikalizmlə mübarizədə maarifləndirmə işinin təşkili, xüsusilə də bölgədə dini təhsil müəssisələrinin yaradılmasının əhəmiyyətini qeyd edib.
Digər çıxışçılar - Qafqaz Müsəlmanları İdarəsinin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev və Astara rayonu üzrə səlahiyyətli nümayəndə İlqar Həsənov, həmçinin, Lənkəran rayonu Ləj kənd məscidi dini icmasının sədri Samid Quliyev radikal dini cərəyanların fəaliyyətinin yolverilməz olduğunu dilə gətirib.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri  Rüstəm Ramazanov dini radikizmlə mübarizədə dini icmaların rolu mövzusu ətrafında geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb. 


Son baxılan xəbərlər

Salyanda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib

Xəbərlər
22.04.2022 / 15:36
Ətraflı oxu

Bölgələrdə “Şəhadət” sənədli filminin nümayişi davam etdirilir

Press-relizlər
07.02.2018 / 09:05
Ətraflı oxu

Gədəbəydə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Press-relizlər
13.09.2017 / 15:16
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbir keçirilib

Xəbərlər
13.05.2022 / 17:37
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin məqaləsi Pakistanın beynəlxalq nüfuzlu media portalında dərc edilib

Press-relizlər
21.09.2020 / 12:13
Ətraflı oxu

Qubada Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Xəbərlər
25.02.2021 / 11:52
Ətraflı oxu