Lerikdə dini radikalizm mövzusu müzakirə olunub

Press-relizlər / 16.02.2023 / 17:35

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib.  

Lerik şəhəri V.Müslümov adına 2 saylı tam orta məktəbdə baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Ağaəli Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ramin Ağayev, məktəbin müəllim və şagirdləri iştirak edib.                                                                                                            

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib, radikal dini təsirlərdən qorunmaq istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son baxılan xəbərlər

Qaxda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
10.05.2019 / 16:22
Ətraflı oxu

Qobustan rayonunda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib

Press-relizlər
26.07.2021 / 11:04
Ətraflı oxu

Beyləqanda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə edilib

Press-relizlər
08.12.2021 / 15:07
Ətraflı oxu

Respublikamızda Xocalı soyqırımının qurbanları anılıb

Press-relizlər
27.02.2023 / 09:56
Ətraflı oxu

Elşad İskəndərov: “Azərbaycan şairi Nizami Gəncəvinin irsini dünya miqyasında tanıdırıq” (FOTO)

Xəbərlər
17.09.2013 / 13:03
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu