Göygöl rayonunda dini radikalizm mövzusu müzakirə olunub

Press-relizlər / 03.02.2023 / 16:23

Fevralın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbində “Dini fanatizm və dini radikalizmin mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, müəllim və şagirdlər iştirak edib.

Dini radikalizm, fanatizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırılıb.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.


Son baxılan xəbərlər

Salyanda "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir ...

Press-relizlər
12.11.2018 / 17:55
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 14:03
Ətraflı oxu

Sabirabadda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.09.2018 / 16:56
Ətraflı oxu

Ağdaş şəhərində “Dini radikalizmlə mübarizədə milli və dini dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir ...

Press-relizlər
22.04.2016 / 16:54
Ətraflı oxu

“Azərbaycan – tolerantlıq məkanı” məşhur Times Square meydanında (FOTO)

Xəbərlər
08.10.2013 / 17:10
Ətraflı oxu

Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış ...

Press-relizlər
25.10.2018 / 14:57
Ətraflı oxu