Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 01.02.2023 / 16:21

Fevralın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH), Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Yuxarı Tala kəndi 2 nömrəli tam orta məktəbdə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Məmmədov,  YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Zaqatala rayonu Yuxarı Tala kənd 2 nömrəli məktəbin müəllim və şagirdləri iştirak edib.  

Çıxışlar zamanı yad dini-ideoloji qüvvələr tərəfindən cəmiyyət daxilində dini məzhəbçilik meyillərinin qarşısının alınmasında, milli birliyimizə və dini təhlükəsizliyimizə qarşı yönələn məqsədli fəaliyyətə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyi vurğulanıb. Təhsilin, mütaliənin, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə edilməsinin önəmi qeyd edilib. Ölkəmizdə hazırda mövcud olan dinlərarası və məzhəblərarası həmrəyliyin qorunmasının, zəngin tolerant və multikultural mühitin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə digər sahələrdə olduğu kimi dini sahədə də sabitlik və əmin-amanlığın hökm sürdüyü bildirilib, müxtəlif dini konfessiyaların nümayəndələrinin və fərqli dini məzhəbə mənsub şəxslərin ölkə daxilində sülh, əmin-amanlıq və mehriban şəkildə yaşadığı qeyd edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici materiallar paylanılıb.

 


Son baxılan xəbərlər

Şimal-qərb bölgəsindən və Bakı şəhərindən olan din xadimləri "Heydər" məscidində birgə namaz qılıblar

Xəbərlər
22.11.2022 / 17:33
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.04.2022 / 12:28
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
09.02.2018 / 16:45
Ətraflı oxu

Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul ...

Xəbərlər
27.06.2018 / 10:50
Ətraflı oxu

“Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusu müzakirə olunub

Press-relizlər
27.07.2021 / 17:58
Ətraflı oxu