
Press-relizlər / 01.02.2023 / 15:26
Fevralın 1-də Kürdəmir şəhər "İmam Rza" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə "Dini ekstremizm və onun fəsadları" mövzusunda tədbir keçirilib.
Tədbirdə dini ekstremizmlə mübarizənin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə həyata keçirilən tədbirlərin zəruriliyi diqqətə çatdırılıb. Dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin silahlı münaqişələrə səbəb olması və meydana gətirdiyi fəsadlar haqqında danışılıb.
Tədbir iştirakçıları tərəfindən Tehrandakı səfirliyimizdə baş verən terror aktı qınanılıb.