Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 26.01.2023 / 16:50

Respublikamızda maarifləndirmə tədbirləri davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi (RPŞ) və R.Tağıyev adına rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Boradigah qəsəbə 2 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı RPŞ-nin inspektoru Samid Əliyev, muzeyin direktoru Əntiqə Tağıyeva, müəllim və şagirdlər iştirak ediblər.

Daha bir maarifləndirmə tədbiri Saatlı rayonunun M. Əliyeva adına Əlisoltanlı tam orta məktəbində baş tutub. Tədbirə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Ağayeva, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə Təhsil sektorunun metodisti Ülkər İslamova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı rayonu üzrə nümayəndəliyinin direktoru Gülnar Babaşova, müəllim və şagirdlər qatılıblar.

Göyçayda keçirilən tədbirdə isə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, RPŞ-nin rəisi Müqalib Abdıyev, müəllim və şagirdlər iştirak ediblər.

DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Peşə liseyinin müəllim və tələbələrinin iştirakı ilə daha bir tədbir Zərdab rayonunda baş tutub.

Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib. Respublikamızda dini radikalizm, erkən nikah və narkomaniyaya qarşı həyata keçirilən mübarizə tədbirlərindən bəhs olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Göyçayda "Narkomaniyaya yox, erkən nikah və dini radikalizmə qarşı mübarizə" mövzusu müzakirə olunub

Press-relizlər
29.12.2021 / 10:52
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Press-relizlər
18.09.2017 / 13:54
Ətraflı oxu

Zərdabda “Şuşa ili” çərçivəsində tədbir keçirilib

Press-relizlər
28.04.2022 / 11:11
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.03.2022 / 15:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağsuda vətəndaşları qəbul edəcək

Press-relizlər
23.09.2016 / 10:13
Ətraflı oxu