Goranboyda “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub

Press-relizlər / 26.01.2023 / 10:08

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüqar Xəlilov, eləcə də məktəblilər və gənc fəallar iştirak ediblər.

Çıxışlarda gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolundan bəhs olunub. Dini radikalizm və ekstremizmin yarada biləcəyi təhlükələrdən danışılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini ilə görüşüb

Xəbərlər
11.10.2021 / 15:31
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

270 nəfər 39 yer uğrunda mübarizə aparır

Xəbərlər
05.08.2022 / 11:00
Ətraflı oxu

Multikulturalizmin Azərbaycan modelinə yüksək qiymət verilib

Multikulturalizm
22.11.2016 / 16:54
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə respublikamızda dini maarifləndirmə tədbirləri keçirilir

Press-relizlər
09.03.2016 / 15:41
Ətraflı oxu

Lerikdə dini radikalizm mövzusu müzakirə olunub

Press-relizlər
16.02.2023 / 17:35
Ətraflı oxu