
Xəbərlər / 25.01.2023 / 14:08
CBC TV Azerbaijanın “Аспекты иностранных дел” verilişinin növbəti buraxılışında İsveçdə Qurani-Kərimə qarşı edilən təhqiramiz hərəkətin yolverilməzliyi barədə müzakirələr aparılıb.
Verilişə qonaq qismində qatılan Azərbaycan Gürcü yəhudiləri dini icmasının sədri ravvin Zamir İsayev və “Bakı şəhəri Yeni Apostol” xristian dini icmasının sədri Svetlana Stepanova islamofobiya əlaməti olaraq müqəddəs kitabın yandırılmasını pisləməklə yanaşı, Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılması, eyni zamanda bu dəyərlərin qorunub inkişaf etdirilməsinə yaradılan şəraitin önəmi barədə öz fikirlərini bölüşüblər.
Verilişi aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz: