
Press-relizlər / 25.01.2023 / 16:18
Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər N.Allahverdiyev adına 2 №-li tam orta məktəb-liseyində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Çıxışlar zamanı milli kimliyimizin qorunmasında mənəvi dəyərlərin mühüm rol oynadığı diqqətə çatdırılıb. O da qeyd edilib ki, tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi çıxış edib.
Çıxışlar yekunlaşdıqdan sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.