Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib

Xəbərlər / 25.01.2023 / 16:06

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 25-də Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.


Son baxılan xəbərlər

Din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Press-relizlər
21.08.2020 / 16:01
Ətraflı oxu

Göyçayda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
27.11.2017 / 17:13
Ətraflı oxu

Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub

Xəbərlər
21.09.2014 / 17:01
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycanda milli məfkurəyə sadiq nəsil yetişmişdir"

Xəbərlər
02.02.2023 / 15:46
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.02.2023 / 16:21
Ətraflı oxu

Göygöl rayonunda dini radikalizm mövzusu müzakirə olunub

Press-relizlər
03.02.2023 / 16:23
Ətraflı oxu