
Press-relizlər / 25.01.2023 / 16:09
Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Dini fanatizm və radikalizmin mahiyyəti" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Raul Nəsirov və din xadimləri iştirak ediblər.Çıxışlar zamanı dini fanatizm və radikalizmin mahiyyəti barədə məlumat verilib. Eyni zamanda radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.