
Press-relizlər / 25.01.2023 / 14:15
Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon H.Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbində "Dini radikalizm və ekstremizm: fəsadları və qorunma yolları" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin və ekstremizmin yaranmasının səbəbləri, eləcə də yarada biləcəyi fəsadlardan bəhs olunub. Bu istiqamətdə həyata keçirilən maariflənfdirmə tədbirlərindən danışılıb.