
Press-relizlər / 24.01.2023 / 15:00
Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti və QMİ-nin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qax şəhər “Mərkəzi Cümə” məscidində dini icmaların və din xadimlərinin 2022-ci il üçün yekun hesabatı, eləcə də cari ildə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı dini icmaların ötən ilin yekun hesabatı və 2023-cü ildə görüləcək işlər müzakirə olunub. Din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.