20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar bölgələrdə tədbirlər keçirilib

Press-relizlər / 23.01.2023 / 10:24

Yanvar ayının 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayon Mərkəzi kitabxanasında  “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova və Göygöl rayon Dini məsələlər üzrə komissiyyanın üzvləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı natiqlər qeyd ediblər ki, gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

 

***

 

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Ağsu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağsu şəhər Mərkəzi Kitabxanasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gənclər və İdman idarəsinin əməkdaşı Təhmasib Məhəmmədhüseyin, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətənimizin ərazi bütövlüyü üçün canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı 20 Yanvar hadisələri fonunda xalqımızın müstəqillik uğrunda mübarizəsindən danışılıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev həmin günü xalqımızın qürur günü və qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiymət verilib. O, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi  nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarına qarşı dünya ictimaiyyəti önündə ifşaedici və cəsarətli bəyanatla çıxış edib.

 

***

 

Bu mövzuda növbəti tədbir 19 yanvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbə əməkdaşları, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, rəsmi din xadimləri, dini icma sədrləri iştirak ediblər. İlk öncə Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərimizin əziz ruhuna dualar edilib. Çıxış edənlər Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin  ali məqam sahibi olduğu diqqətə çatdırılıb, gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyi vurğulanıb.

 

***

 

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Gəncə bölgəsində fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmalarda Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

 

***

 

Abşeron rayonu Saray qəsəbəsi Cümə məscidi dini icması 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirib. İcma üzvləri, din xadimləri və qəsəbə sakinlərinin iştirak etdikləri mərasimdə dövlətimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ölməz ruhlarına dualar oxunub.

Abşeron rayonu Mehdiabad, Məhəmmədi, Digah və Hökməli qəsəbələrində də din xadimləri və dindarlar şəhid məzarlarını ziyarət edib, müqəddəs ruhlarına dualar oxuyublar.


Son baxılan xəbərlər

Xətai rayonunda “Tolerantlıq-dinlər və millətlərarası dialoqun təminatçısıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.11.2016 / 14:20
Ətraflı oxu

Mingəçevirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.05.2018 / 16:27
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Abş-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini qəbul edib

Press-relizlər
07.08.2014 / 18:48
Ətraflı oxu

Tərtərdə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə olunub

Press-relizlər
14.10.2022 / 17:49
Ətraflı oxu

Göyçayda “Tarixi - dini abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.10.2021 / 16:51
Ətraflı oxu

Zaqatalada “Azərbaycanda ənənəvi İslam dəyərləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.01.2018 / 12:08
Ətraflı oxu