
Press-relizlər / 18.01.2023 / 10:44
Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə dini icmaların və din xadimlərinin 2022-ci il üçün yekun hesabatı, eləcə də cari ildə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Dini icmaların ötən ilin yekun hesabatı və 2023-cü ildə görüləcək işləri müzakirə olunub. Din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. 2022-ci il ərzində şimal bölgəsinin dini icmalarının və din xadimlərinin fəaliyyətinin məhsuldar olduğu vurğulanıb. Eyni zamanda cari il üçün dini icmalar və din xadimləri ilə qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlər üzrə davam etdirilməsi nəzərdə tutulub.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.