20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilir

Press-relizlər / 19.01.2023 / 14:17

Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Bakıda və bölgələrdə silsilə tədbirlər keçirilir.
Ağstafada keçirilən anım tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, müəllimlər və gənclər, Siyəzəndə keçirilən anım tədbirində isə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının sədr müavini Ramilə Seyidova, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, QMİ-nin qazısı Malik Bilalov, eləcə də din xadimləri və dini icma sədrlərinin iştirakı ilə daha bir anım tədbiri Zaqatalada baş tutub.
Kürdəmirdə keçirilən tədbirdə isə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH başçısı Aparatının əməkdaşı Daşqın Rüstəmov, Kürdəmir şəhər məscidi dini icmasının sədri Aqil Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Saatlı rayonunda keçirilən anım tədbirinə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, din xadimləri və dini icma sədrləri, Ağdaşda baş tutan tədbirə isə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev və Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Əli Məmmədov qatılıblar.
Quba rayonunda da silsilə anım təddbirləri keçirilib. Tədbirlərdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, şimal bölgəsinin rayonlarının icra hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri Anar Məmmədov, Ceyhun Musayev, Balabəy Balabəyov, Vasif Əhmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, QMİ-nin bölgədə fəaliyyət göstərən qazıları və səlahiyyətli nümayəndələri Naib Səttərov, Fəryaddin Rəhimxanov, Yaşar Rzayev, Mirələsgər Mirməmmədov, Anar Eyyubov, şəhid valideynləri və qazilər, dini konfessiyaların üzvləri, dini icma sədrləri, eləcə də din xadimləri və dindarlar iştirak ediblər.
Əliabad İslam Kollecində keçirilən, 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov, QMİ-nin rayon qazısı Malik Bilalov, Vətən müharibəsi qaziləri, kollecin müəllim və tələbələri iştirak ediblər.
Daha bir anım mərasimi Sumqayıt Şəhidlər Xiyabanında baş tutub. Anım mərasimində Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, din xadimləri, dini konfessiya nümayəndələri iştirak ediblər.

İmişlidə keçirilən anım mərasimində Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavangir Bəhrəmov, rayonun din xadimləri, Lənkəran İslam Kollecində baş tutan anım tədbirində isə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, kollecin müəllim və tələbələri iştirak ediblər. 

Keçirilən tədbirlərdə şəhidlərin əziz xatirəsini yad edilib və ruhlarına dualar oxunub. Qeyd edilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.Vurğulanıb ki həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Məhz Ümummilli Lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.


Son baxılan xəbərlər

Dini təhsil şöbəsinin müdiri: “Hər hansı dini kollecin nəzdində yaradılmış kursu bitirən şəxs Dövlət ...

Müsahibələr
20.02.2023 / 15:48
Ətraflı oxu

Qubada “İslam dinində zərərli vərdişlərə münasibət” adlı tədbir keçirilib

Press-relizlər
15.04.2022 / 16:30
Ətraflı oxu

İmişlidə “Vətənpərvərlik Vətənə xidmətin ən ali zirvəsidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.05.2018 / 17:39
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib

Press-relizlər
17.03.2016 / 15:14
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Gəncədə dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb ...

Açıqlama
11.07.2018 / 18:00
Ətraflı oxu

Prezident İlham Əliyev: "Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır"

Xəbərlər
25.01.2022 / 16:33
Ətraflı oxu