
Press-relizlər / 25.11.2022 / 17:02
Göyçay və Göygöl rayonlarında dini radikalizmlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Noyabrın 25-də Göyçay şəhəri 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektorunun müdiri Rauf Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Göygöl rayonunda baş tutan tədbirdə isə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, rayon Mədəniyyət Mərkəzinin və Mərkəzi kitabxananın əməkdaşları iştirak ediblər.
Çıxışlarda dini radikalizmə qarşı mübarizədə cəmiyyətin rolundan bəhs edilib. Həmçinin, bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.