Azərbaycan dünyanın tolerantlıq mərkəzlərindən birinə çevrilib

Xəbərlər / 25.11.2022 / 11:16

Vüsalə Hüseynova:  Həyata keçirilən dövlət siyasəti ölkədəki tolerantlıq mühitini dərinləşdirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın bir dövlət kimi keçdiyi sürətli inkişaf yolu, qazandığı uğurlar hər kəsdə qürur və fəxarət hissi doğurur. V.Hüseynova qeyd edib ki, bu dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq əlaqələrini daha da möhkəmləndirib: “Ölkəmiz üçün son illərin ən böyük tarixi reallıqlarından biri də respublikamızın beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin sırasında mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunanların yer alması xüsusilə diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizdəki nümunəvi tolerant və multikultural mühit əyani şəkildə özünü təsdiqləmiş oldu. Vüsalə Hüseynova vurğulayıb ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları qələbə uğrunda mübarizəyə qoşuldu: “Hər bir azərbaycanlı, Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqların nümayəndələri ölkə prezidentinin ətrafında sıx birləşdiklərini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiklərini bəyan etdilər. Bir sözlə, Azərbaycanda bütün millətlərin, mehriban və biri-birilərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır”.

Vüsalə Hüseynova qeyd edib ki, Azərbaycandakı tolerantlıq mühitinin qorunub saxlanılması, təşviq edilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də fəaliyyət istiqamətləri içərisində mühüm yer tutur: “Komitə dini konfessiyalar arasında əlaqələrin dərinləşməsinə, qarşılıqlı hörmət, anlaşma və birgəyaşayış mühitinin möhkəmlənməsinə fəal dəstək verir. Bu sahədə bir sıra yerli və beynəlxalq tədbirlər təşkil edilir ki, ötən ay Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda keçirilən beynəlxalq konfransı vurğulamaq yerinə düşər. Bu qəbildən olan tədbirlərin davamı olaraq bir sıra Avropa ölkələrində də konfransların keçirilməsi planlaşdırılır”.

Son baxılan xəbərlər

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

Komitə sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Press-relizlər
12.11.2019 / 17:14
Ətraflı oxu

Bölgələrdə "Şəhadət" sənədli filmi nümayiş olunub

Press-relizlər
02.05.2018 / 12:34
Ətraflı oxu

Sumqayıtda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Xəbərlər
26.11.2021 / 11:10
Ətraflı oxu

Şabranda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
10.05.2018 / 15:38
Ətraflı oxu

Masallıda "Narkomaniya, erkən nikah və dini radikalizm dövrün bəlasıdır" ...

Press-relizlər
11.04.2019 / 15:27
Ətraflı oxu